“Alcatel” şirkəti dünyanın istənilən nöqtəsindən İnternetə sürətli qoşulma üçün HH40V portativ marşrutlayıcısını təqdim edib.
Oxu24.com Technote-yə istinadən xəbər verir ki, Qualcomm MDM9207 çipi üzərində qurulan cihaz bütün şəbəkə standartlarını, o cümlədən 4G şəbəkəsini dəstəkləyir.
Bundan başqa, marşrutlayıcını simli “Ethernet” texnologiyası vasitəsilə istifadə etmək olar. “Alcatel HH40V” iki “Ethernet” portu və 150 Mbit/san yükləmə sürətinə malik 4G LTE modulu ilə təchiz edilib.
Yeni qurğu “Wi-Fi” şəbəkəsini eyni anda 32 istifadəçi üçün 300 Mbit/san sürətində paylayır. Daim internetə qoşulmuş vəziyyətdə qalmaq üçün “Alcatel HH40V” marşrutlayıcısında əsas və ehtiyat qoşulma rejimlərini seçmək mümkündür.
Məsələn, kabel vasitəsilə əlaqə itən zaman 4G qoşulma avtomatik aktivləşir. LTE siqnalının gücləndirilməsi üçün qurğu 2 desibel əmsallı iki antenadan istifadə edir. “Alcatel HH40V” marşrutlayıcısının qiyməti 70 ABŞ dolları təşkil edir. Oxu24.com
ŞƏRHLƏR