Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı hakim Ermənistanın oyunlarını idarə edəcək

Azərbaycanlı hakim Ermənistanın oyunlarını idarə edəcək

CƏMİYYƏT

1098

20.08.2018, 14:21

\"\"  Azərbaycanlı FİFA referisi Yusif Nurullayevin avqustun 21-dən 23-dək Moldovanın paytaxtı Kişinyovda qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatları müəyyənləşib.
AzVision.az-ın məlumatına görə, “C” qrupunda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmaları da var.
Referimiz avqustun 21-də Moldova – Ermənistan, avqustun 22-də isə Ermənistan – Belarus matçında hakimlik edəcək. \"\"