Ulduz falı: 15 noyabr, 2026-cı il
14 Noyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3194
29.12.2020, 17:18
Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılacaq. Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. 22 minə yaxın vergi ödəyicisini əhatə edəcək bu tədbir çərçivəsində pandemiyanın zərər çəkmiş sahələrdə çalışan 200 min nəfərdən çox muzdlu işçinin əmək haqlarının müəyyən hissəsi ödəniləcək. Bu məqsədlə sahibkarlara dövlət tərəfindən 52,5 milyon manat həcmində maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur. Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş müəssisələr də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər. Belə ödəyicilər üçün müraciət forması əvvəlki kimidir. Müraciət qaydası ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
//www.youtube.com/watch?v=UWJjEV35ALE&feature=emb_logo
İkinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir. Bu tədbir pandemiyadan zərər çəkmiş sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 90 minə yaxın fərdi sahibkara dövlət tərəfindən 30,5 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödəniləcək. Bu istiqamət üzrə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.
Sahibkarlara yenidən maliyyə dəstəyinin göstərilməsi barədə qərar yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılmasına xidmət edir.
İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı artıq Maliyyə Nazirliyinə təqdim edilib. Qısa müddət ərzində maliyyə dəstəyinin sahibkarların bank hesablarına köçürülməsi təmin ediləcəkdir.
21:55 / 14 Noyabr 2026
1
21:32 / 14 Noyabr 2026
56
21:22 / 14 Noyabr 2026
87
21:11 / 14 Noyabr 2026
382
21:04 / 14 Noyabr 2026
240
21:02 / 14 Noyabr 2026
90
20:56 / 14 Noyabr 2026
91
20:50 / 14 Noyabr 2026
99
20:38 / 14 Noyabr 2026
101
20:23 / 14 Noyabr 2026
914
19:54 / 14 Noyabr 2026
95
19:50 / 14 Noyabr 2026
102
19:36 / 14 Noyabr 2026
1581
19:15 / 14 Noyabr 2026
137
19:12 / 14 Noyabr 2026
130
19:05 / 14 Noyabr 2026
122
18:50 / 14 Noyabr 2026
131
18:43 / 14 Noyabr 2026
138
18:21 / 14 Noyabr 2026
885
18:09 / 14 Noyabr 2026
145
18:06 / 14 Noyabr 2026
575
18:03 / 14 Noyabr 2026
121
17:18 / 14 Noyabr 2026
238
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.