Sumqayıtda bəzi binalar istiliksiz qala bilər – SƏBƏB
14 Noyabr 2026, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
30265
28.12.2020, 21:13
Oxu24.com xəbər verir ki, qarşıdan gələn yeni ildə diqqətdə olan bir çox ictimai məsələlərin həll edilməsi müzakirə mövzusudur.
Bunlardan biri ailələrə veriləcək uşaqpulu ilə bağlıdır.
Maraqlıdır, 2021- ci ildə ailələrə uşaqpulu veriləcəkmi?
Bununla bağlı deputat Razi Nurullayev açıqlama verib. O bildirib ki, uşaqpulu cəmiyyəti düşündürən məsələdir:
"Mən insanların bu tələbini haqlı sayıram. Bu ilə dövlət büdcəsi qəbul edilib və parlamentə göndərilib. Burada uşaqpulu ilə bağlı müddəa yoxdur.
Yeni ildə uşaqpulunun verilməsi ilə bağlı məsələ gündəmdə deyil. Mart ayında, yaxud digər aylarda yenidən dövlət büdcəsinə dəyişikliklərlə bağlı sənəd parlamentə təqdim edilə bilər.
Bu zaman müzakirə olunub, büdcəyə əlavə kimi sözügedən məsələ gündəmə çıxarıla bilər. Hələ ki, bununla bağlı konkret məsələ yoxdur.
Yəni hazırkı qəbul etdiyimiz büdcədə uşaqpulu yoxdur.
Sabah dövlət büdcəsinin üçüncü oxunuşudur. Sosial müdafiə naziri Sahil Babayev, maliyyə naziri Samir Şərifov bizim qaldırdığımız məsələ ilə bağlı öz fikirlərini bildirə bilərlər.
Düşünürəm ki, sabah hökümət üzvləri uşaqpulu ilə bağlı vəziyyətin necə olması barədə fikirlərini deyəcəklər.
Mənim düşüncəm ondan ibarətdir ki, torpağımızı kasıb balaları aldı. Həmin uşaqlar hər gün doğulur və sabah Azərbaycanın üzərini qara buludlar alanda onlar yenə də Vətəni qorumağa gedəcəklər.
Gələcəyin əsgərlərinin anasından qiymətli xəzinəmiz yoxdur.
Əgər biz maliyyəmizi bu xəzinəyə vermiriksə, onların sağlam böyüməsini istəmiriksə, daha nəyə verəcəyik? Bizim üçün lazım olan insan faktorudur".Sonxeber.az
22:19 / 14 Noyabr 2026
1
21:55 / 14 Noyabr 2026
69
21:32 / 14 Noyabr 2026
90
21:22 / 14 Noyabr 2026
111
21:11 / 14 Noyabr 2026
482
21:04 / 14 Noyabr 2026
442
21:02 / 14 Noyabr 2026
99
20:56 / 14 Noyabr 2026
217
20:50 / 14 Noyabr 2026
108
20:38 / 14 Noyabr 2026
107
20:23 / 14 Noyabr 2026
1028
19:54 / 14 Noyabr 2026
105
19:50 / 14 Noyabr 2026
106
19:36 / 14 Noyabr 2026
1686
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
135
19:05 / 14 Noyabr 2026
125
18:50 / 14 Noyabr 2026
135
18:43 / 14 Noyabr 2026
141
18:21 / 14 Noyabr 2026
921
18:09 / 14 Noyabr 2026
151
18:06 / 14 Noyabr 2026
588
18:03 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.