Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45132
az

Şagirdə “anormal“ deyən müəllim cəzalandırıldı

20:1825 Dekabr, 2020
4180
CƏMİYYƏT
  • A

Masazırda yerləşən məktəblərdən birinin sinif rəhbərinin onlayn dərs zamanı 3-cü sinif şagirdinə xoşagəlməyən ifadələrlə müraciət etməsi ilə bağlı məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Oxu24.com xəbər verir ki, valideyn müəllimin bu addımını övladını onun yanından hazırlıqdan çıxartması ilə əlaqələndirib.

Valideyn qeyd edib ki, sinif rəhbəri uşaqlara normal dərs keçmir:

“Bunu da ona görə edir ki, valideyn əlavə 50 manat verib uşağını onun yanına hazırlığa göndərsin. Qızım 2 ay hazırlığa getdi, lakin maddi durumun çətin olmasına görə saxladıq. Uşağı hazırlıqdan çıxardığımız üçün müəllim qızımla prinsip aparıb ayrı-seçkilik etməyə başlayıb. Onlayn dərsdə uşağa "anormalsan", "korsan" deyib sinif yoldaşlarının yanında təhqir edib, alçaldıb. Onu da bildirim ki, qızımın gözündə zəiflik var və eynək taxır. Bu səbəbdən uşağımın psixoloji travma almasından ehtiyat edirəm. Mədəni şəkildə müəllimdən bu davranışın səbəbini soruşduqda cavabında xoş olmayan ifadələr alıb. Bütün valideynlər müəllimin belə kobudluğundan şikayətçidir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirilib ki, qeyd olunan məsələ araşdırılıb və həll olunub:

“Daxil olan sorğu ilə əlaqədar əlavə olaraq bildiririk ki, məsələ Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən araşdırılıb və müsbət həllini tapıb. Müəllimin etik davranış qaydalarını pozduğuna görə Masazır kənd 2 nömrəli tam orta məktəbin müəllimi haqqında intizam-tənbeh tədbiri görülüb”./Yenisabah.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə XİN-dən Merih Demiralın cəzasına münasibət - YENİLƏNİB
15 yaşlı şuşalı qızla Prezidentin dialoqu
Bəşər Əsədin müşaviri qəza nəticəsində öldü

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat