5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2234
24.12.2020, 23:40
Qurani-Kərimin fərqli görünən ayələrindən biri də bu ayədir ki, buyurur: "Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir) - əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz". ("Tövbə" 80).
Həqiqətən də bu ayədə çox təhlükəli xəbərdarlıq edilmişdir. Allah Təala bütün ayələrində buyurur ki, O, bağışlayan və mehribandır və bəndələrin tövbələrini qəbul edəndir - amma bəzi insanların günahlarını bağışlamır. Buyurur ki, onlar nə qədər istiğfar etsə də, Mən onları bağışlamayacağam.
Bəzi Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, hətta Həzrət Peyğəmbərin (s) bu insanlar üçün bağışlanma istəməsinə baxmayaraq, Allah Təala onları bağışlamaz. Bu insanlar ibarətdir: kafirlər, fasiqlər, eyib axtaran münafiqlər, başqalarını məsxərə edən insanlar.
Müqəddəs Quranın başqa ayəsində oxuyuruq: "Onlar üçün bağışlanmaq istəsən də birdir, istəməsən də - əsla Allah onları bağışlamayacaqdır; çünki Allah fasiq qövmü doğru yola yönəltməz". ("Munafiqun" 6).
Bu ayədən də aydındır ki, bu insanlar üçün tövbə qapısı bağlanmışdır və Allah onların istiğfarını qəbul etməyəcəkdir. Əslində bu xəbərdarlıq hər birimizə aiddir. Biz də gərək ehtiyatlı olaq ki, gündəlik həyatımızda rəftar və əməlimizlə küfr etməyək və fasiq olmayaq. Başqalarının eybini axtarmayaq və insanları məsxərə etməyək.
Əgər belə olarsa, bizim bu halımıza hətta Peyğəmbərin (s) istiğfarı belə yardım edə bilməyəcəkdir.
İnşəallah ki, bu cür pis aqibətdən xilas olarıq.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.