5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2522
24.12.2020, 22:07
Bədanın mənası - insanın saleh əməlləri sayəsində, Allahın onun taleyini dəyişdirməsidir. Bu zaman insanın taleyində dəyişikliklər baş verər. Yəni, o şey ki, Allah tərəfindən insan üçün gizli idi, aşkar olar.
Yəhudilər isə Əhli-Beyt (ə) əqidəsinin əksinə olaraq deyirlər ki, Allahın məsələsi xəlq olandan sonra bağlanar və Allah onu heç cür dəyişdirə bilməz. Quran bu haqda buyurur: "Yəhudilər dedilər: "Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz..."". ("Maidə" 64).
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, Şeyx Səduq bəda haqqında yazır: "Əhli-Beyt (ə) əqidəsinə görə, əgər kimsə desə ki, bu gün Allah üçün bir şey aşkar olmuşdur ki, onu keşmişdə bilmirdi - bu cür insan kafirdir və ondan uzaq olmaq vacibdir".
Alim başqa yerdə buyurur: "Bəda, yolunu azmışların güman etdiyi kimi deyildir. Belə deyildir ki, Allah bir iş görsün və sonra da ona görə peşman olsun. Biz deyirik ki, Allah hər gün bir şeyi təyin edər, öldürər və ya həyat verər. Ruzi verər və hacətini yerinə yetirər.
Bəda - peşmanlıq mənasında deyildir. Əslində bir şeyin aşkar olmasıdır. Nə zaman bəndə sileyi-rəhm edər - onun ömrü uzanar. Nə zaman bəndə qohumluq əlaqəsini kəsər - Allah onun ömrünü azaldar. Nə zaman bəndə fəhşa edər - onun ömrü və ruzisi azalar. Nə zaman zinadan uzaq olar və iffət yolunu seçər - Allah onun ömrünü və ruzisini artırar".
Bəs Quranın nəzərində bəda necədir?
Bəda o mövzulardandır ki, Qurani-Kərimin bir çox ayələrində onun var olmasına işarə edilmişdir.
Bu ayələrin bəzisi ilə tanış olaq:
1. "Allah ("məhv və isbat" lövhəsində yazılmış, olacaq hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır". ("Rəd" 39).
Əhli-Beyt (ə) əqidəsinə görə, insanın bədbəxtlər siyahısından adının məhv olub, xoşbəxt insanların siyahısında adının yazılması - bədadır.
2. "Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı". ("Nəhl" 112).
3. "Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı, mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı". ("Saffat" 143-144).
Bu ayələr bəlli edir ki, dünyanın işlərini Allah idarə edir. Bəndə də yaxşı və pis əməllərinə görə təqdirini dəyişdirə bilir. Bu əməl, Əhli-Beytin (ə) əqidəsinə görə, bəda adlanır.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.