5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1569
22.12.2020, 12:49
Şuşa Azərbaycanın mədəniyyət mirvarisi, tarixi-mədəni abidəsidir. İşğaldan azad olunmuş Şuşanın dirçəldilməsi, dağıdılmış milli üslublu tikililərin bərpası, qiymətləndirilməsi və bütün tikililərin inventirizasiya edilməsi üçün prezidentin sərəncamı ilə yaradılmış müxtəlif strukturlardan təmsil olunmuş xüsusi komisiyya işləyir.
Oxu24.com Sonxeber.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Azər Badamov gələn ilin yayında bir qism insanların Şuşaya köçürülməsindən danışarkən deyib:
"Yaşayışa yararlı tikililərin dəyərləndirilməsi işləri aparılır. İlk növbədə sürətlə sosial infrastruktur bərpa olunaraq yenidən qurulur. Şuşa şəhərində dövlət idarə etmə orqnlarının fəaliyyəti təşkil olunacaqdır.
Şəhərin dayanıqlı elektriklə təminatı məsələsi həll edilir. Bütün bunlar başa çatandan sonra mənzillər təmir edilərək yaşayış üçün yararlı vəziyyətə gətiriləcəkdir. Əhalinin yenidən Şuşa şəhərinə qaytarılmasına gəldikdə qeyd etmək istəyirəm ki, 1992-ci il 8 mayda Şuşa işğal olunanda buradan 20 mindən çox insan köçmüşdür.
O insanlar ölkəmizin müxtəlif yerlərində yerləşmişdir. Düşünürəm ki, ilk növbədə həmin insanların özlərinin 1992-ci ilə qədər yaşadığı evlərinə köçürülməsi həyata keçiriləcəkdir. Çünki, bu illər ərzində qaçqın düşmüş hər bir azərbaycanlının birinci arzusu öz doğma evinə qayıtması olmuşdur.
Ona görə də birinci növbədə yaşayışa yararlı evlər cari təmir olunaraq öz sahiblərinə qaytarılacaqdır. Sonra isə dağılmış evlərin bərpasına başlanmalıdır və mərhələli şəkildə yenidən məskunlaşma həyata keçirilməlidir".
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.