5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1071
21.12.2020, 20:45
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Musa Quliyev karantin qaydalarının daha da sərtləşdirilməsindən danışıb. Deputat açıqlamasında "18 yaşa kimi və 65 yaşdan yuxarı şəxslərin 2 həftə çölə çıxmasına qadağa qoyulmalıdır, cümə, şənbə və bazar günləri xüsusi qaydalar tətbiq olunsun. Bütün sahələrdə iş dayandırılsın" deyib.
Eyni zamanda Azərbaycanda virusa yoluxma rəqəmlərinin aşağı endiyi halda, koronavirusun yenidən mutasiyaya uğraması, yeni virusun yayılması xəbəri bəzi sosial təminat məsələlərini yenidən gündəmə gətirir.
Öldürücülük qabiliyyəti yüksək olduğu deyilən həmin virus barədə danışan Azərbaycan Həkimlər Birliyinin təsisçilərindən biri, dosent Ədalət Rüstəm münasibət bildirərək "Həmin virusun ölkəmizdə yayılma ehtimalı çox yüksəkdir. Çox güman ki, artıq mutasiya baş verib. Əgər elə olmasaydı, bu qədər yoluxma olmazdı. Buna görə də demək olar ki, bizdə də koronavirus mutasiyaya uğrayıb. Ölüm sayının çoxalması da bunu deməyə imkan verir" deyib. Belə olduğu təqdirdə, bir daha karantin rejiminin daha da sərtləşməsi gündəmə gəlir. Bunu nəzərə alaraq, vətəndaşlara birdəfəlik yardımın neçə ay veriləcəyi diqqət mərkəzindədir. Bununla bağlı Sonxeber.az-a deputat Azər Badamov da danışıb: "Tətbiq olunmuş sərtləşdirilmiş karantin rejiminə əsasən müəyyən olunmuş inzibati yaşayış məntəqələrində "SMS" icazəsi olmadan küçəyə çıxmaq qadağan olunmuşdur. Əsasən götürüləndə insanlar icazə olduğu halda küçəyə çıxa bilərlər. Bu da koronavirusa yoluxmaların dinamikasını azalmaya doğru istiqamətləndirmişdir.
Bu çox müsbət dəyişiklikdir və 18 yanvara qədər sərt tədbirləri davam etdirməklə yoluxmaları minimuma endirə biləcəyimizi düşünürəm. Sərt karantin rejimi insanların hərəkətini məhdudlaşdırımış, iş yerlərdə fəaliyyət dayandırmışdır. Bu da işləyən insdanlarda və əhalinin az təminatlı təbəqəsinin maliyyə durumunda müəyyən çətinlik yaradır.
Dövlətimiz sərt karantin rejimi tətbiq olunandan sosial müdafiə tədbirləri həyata keçirmişdir və bu tədbirlər 14 dekabrdan 18 yanvara qədər olan müddətdə də davam etdiriləcəkdir. Birinci sərtləşdirilmiş karantin rejiminin tətbiqi zamanı 5 milyon nəfərin sosial durumuna müsbət təsir edəcək 2,5 milyard dollarlıq sosial dəstək proqramları tətbiq olunmuşdu. Düşünürəm ki, həmin proqramlar indiki sərt karantin rejimi dövründə də davam etdiriləcəkdir".
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.