Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycana qış fəsli daxil olur

Azərbaycana qış fəsli daxil olur

CƏMİYYƏT

1312

21.12.2020, 00:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu il ölkəmizə qış fəsli dekabrın 21-i saat 14:02:18-də daxil olacaq.

Bu barədə Oxu24.com-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə olur. Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınır.