Qaynar xətt:

(+99450) 247 90 86

Bayram Səfərov: “Hələ Şuşaya gedib çıxa bilməmişəm, ermənilər hər yeri minalayıblar”

Bayram Səfərov: “Hələ Şuşaya gedib çıxa bilməmişəm, ermənilər hər yeri minalayıblar”

CƏMİYYƏT

588

19.12.2020, 23:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şuşanın icra başçısı Bayram Səfərov Şuşaya gedə bilməyib.

 

Pravda.az xəbər verir ki, bu barədə icra başçısı özü bildirib. O qeyd edib ki, hələlik mülki şəxslərin Şuşaya gediş-gəlişi üçün şərait yoxdur:  “Bütün şuşalılar şəhərə qayıtmaq istəyirlər. Bizə müraciət edirlər ki, necə gedə bilərik. Amma mən özüm belə hələ gedib çıxa bilməmişəm. Bu asan məsələ deyil. Ermənilər hər yeri minalayıblar. Diqqətli olmaq lazımdır. Əhalinin Şuşaya gedişi üçün rəsmi icazə veriləndə mən də gedəcəm”.

 

İcra başçısı Şuşada dağıdılan dini və tarixi abidələrin taleyinə də toxunub:  “Şuşanı dağıdıblar. Tariximizi yerlə yeksan ediblər. Bütün abidələrin bərpası üçün müvafiq qurumlar fəaliyyət göstərirlər”