5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2203
19.12.2020, 00:30
Qoç - səfər və ya səyahətdə risk artır. Texnika ilə davranışda ehtiyatlı olun. Axşam saatlarında intellektual fəaliyyətlə məşğul ola bilərsiniz. Dəqiq həll variantları tapın.
Buğa - gərgin, qarışıq və laübəli gündür. Hadisələr təxminlənməsi çətin məcrada inkişaf edir. Çoxdan saxlanan emosiyalar maneəsiz güclənir. Daxili müdafiə sistemləri isə gərək olanda işləmirlər.
Əkizlər - emosional davranmayın, qəzəbli açıqlamalar verməyin. Problem sizin reaksiyanız qədər ciddi deyil.
Xərçəng - diqqətli olun, amma inad etməyin. İndi güzəştə getmək, kompromisdən çəkinməmək zamanıdır. Mövqeləriniz möhkəmlənənə qədər sayıq davranın.
Şir - ciddi işgüzar və şəxsi məsələlərə vaxt ayırın. Tərəfdaşların mövqelərini nəzərə alın, ümumi fəaliyyəti razılaşdırın.
Qız - yaşamınızda və münasibətlərinizdə hansısa məqam ağırlaşa bilər. Sədləri sakitcə aradan qaldırın, münasibətləri korlamayın.
Tərəzi - yaşana biləcək xoşagəlməz hadisənin kökü tərəfdaşın özünə əmin olmaması, özünü sığortalamaq istəyidir. Bədxahların təxribatlarını cavabsız qoyun. Enerjinizdən daha rasional yararlanın.
Əqrəb - sizinlə eyni "dalğa"dakı insanlar yanınızda olacaq. Günün ikinci yarısında aldığınız xəbərə reaksiya və ya cavabda tələsməyin. Təcili görüləsi işi bitirin.
Oxatan - yaranmış situasiyalarda sürətli və dəqiq reaksiyanız olmalıdır. Fəaliyyətinizdə intizamlı olun. Sədlər və maneələrə rəğmən, irəliyə doğru hərəkət edin.
Oğlaq - ev işləri ilə də məşğul olmaq gərəkdir. Alış-verişdə çox pul xərcləməyin. Yaşam arealında estetik dəyişikliklər edin.
Dolça - gərəksiz insanla münasibətlərdən, sizi ağırlaşdıran hisslərdən qurtulun. Yaxın bildiyiniz insanla mühüm söhbət olmalıdır. Əlaqələrə daha çox müəyyənlik gətirin.
Balıqlar - mühüm məsələ sual altındadır. Emosional gərginliyə rəğmən sakit çalışın. Yaxın ətrafınızdakı adamlardan birinin təxribatına uymayın. Münaqişəyə cəlb olunmağınıza imkan verməyin.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.