5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
721
17.12.2020, 22:48
Şabran rayon İcra Hakimiyyəti bu gün 2 tender keçirib.
Oxu24.com Qaynarinfo-ya istinadən xəbər verir ki, hər iki tenderin qalibi "Şabran D" MMC olub.
Belə ki, Şabran şəhərinin küçə yollarının təmir işləri üçün 447 min 22 manat 35 qəpik, Şabran şəhərində abadlıq işlərinin aparılması üçün isə 395 min 412 manat 69 qəpik "Şabran D" MMC-yə ödəniləcək.
Maraqlıdır ki, bu MMC-nin direktoru Cəlal Bədəlovla Şabran İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov arasında ciddi maliyyə konflikti olub. Yayılan məlumatlara görə, tərəflər arasında 227 min manatlıq məhkəmə mübahisəsi baş verib.
Cəlal Bədəlovun mediada dərc olunan şikayətlərin birində deyilir: "Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov rayonda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderindən iştiraka razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq 227.000 (iki yüz iyirmi min) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb pulları geri istədim. Mehdi Balabəyov çox get-gəldən sonra 5 nəfərin iştirakı ilə məndən aldığı puldan 50.000 (əlli min) manat qaytardı və yenə də gözləməyi təklif etdi. Lakin qalan pulumu qaytarmadı. Onun bu hərəkətləri ilə bağlı dəfələrlə Hüquq Mühafizə Orqanlarına müraciət etmişəm. Mehdi Balabəyov öz həmkarları tərəfindən müdafiə olunaraq, məndən aldığı pulları qaytarmaq istəmir.
Mən bu dəfə sizə Mehdi Balabəyovun səs yazılarını və görüntülü video çəkilişini əks etdirən diskləri göndərir və xahiş edirəm ki, bu faktın araşdırılmasına, Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyovun əməllərinə hüquqi qiymət verilməsi və mənimsədiyi pulların mənə qaytarılmasına köməklik göstərəsiniz"...
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.