5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1308
17.12.2020, 14:57
1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu.
Ermənilərin “könlünü almaq üçün” Rusiya K(b)P-nin Qafqaz Bürosunun təkidi ilə 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasında Zəngəzur mahalının bir hissəsi (3.637 kv. verstlik hissəsi) Ermənistana verildi. Halbuki Paris Sülh Konfransı ilə bu ərazi ADR-nin beynəlxalq hüquqla tanınan ərazisi kimi göstərilmişdi.
Maraqlıdır, bu qanunsuzluğun ləğvi proseduru beynəlxalq hüquqa görə necədir?
Oxu24.com xəbər verir ki, məsələ bağlı Axar.az-a açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, Azərbaycan indiki halda Zəngəzur məsələsini beynəlxalq müstəvidə aktuallaşdıra bilər:
“Zəngəzurun hansı şərtlərdə, nəyin qarşılığında Ermənistana verilməsi məlumdur. SSRİ Ermənistanın sovetləşməsi qarşılığında Zəngəzuru heç bir hüquqi əsas olmadan, ən əsası da Azərbaycan xalqının razılığı olmadan verib. Bu rəsmi sənədlərlə də var.
Digər tərəfdən, Paris Sülh Konfransında Azərbaycan, Ermənistan və Gürcüstan dövlətlərinin ərazisi rəsmi şəkildə təsdiqlənib. Zəngəzur mahalı da ADR ərazisi kimi qəbul edilib. Bu və digər rəsmi tarixi sənədlərlə məsələni BMT miqyasında, MDB və digər beynəlxalq təşkilatlarda səsləndirə bilərik”.
Hüquqşünas bildirib ki, bu prosesin nə qədər uğurlu və ədalətli olacağını demək çətindir:
“Buna baxmayaraq, biz ən azı dünya ictimaiyyətinin diqqətini bu mövzuya yönəldə, bu istiqamətdə böyük bir prosesə başlaya bilərik. Əsas məsələ də odur ki, dünyaya əslində Ermənistanın necə yarandığı və 1918-ci ildə beynəlxalq aləm tərəfindən tanınan ərazilərimizin bir hissəsinin qanunsuz olaraq, referendum keçirilmədən, xalqın razılığı olmadan ermənilərə necə verildiyini sübut edə bilərik. Gerisi isə gələcəyin işidir”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.