5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
685
17.12.2020, 00:15
Qoç - Əhvalınız tez-tez dəyişəcək. Xırda işə sevinməyinizin və ya heç bir səbəb olmadan qəmlənməyinizin niyə baş verdiyini özünüz də anlamırsınız. Ən sadə işlərə diqqəti yönəltmək asan deyil. Fəqət pərişan və bədbin olmayın.
Buğa - Yaşamınızı çətinləşdirməyin. Önəmli işləri daha münasib zamana qədər təxirə salın. Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir.
Əkizlər - Təşkilati məsələlərin həllini etibar etdiyiniz insana həvalə edin. Dostlar və sevdiyiniz insan sizi dəstəkləməyə çalışırlar. Lakin onlar qəflətən xətrinizə dəyə bilərlər.
Xərçəng - İstəklərin yerinə yetirilməsi çətin olsa da, sərt cavab verməyin. Qəfil gəlişlər xoş ola bilər. Qonaqları sevindirin.
Şir - Romantik münasibətlər sizi uzun müddət sevindirə bilər. Yaxınlarınızla yanaşı, yaxşı tanımadığınız şəxslər də sizə yardım üçün müraciət edirlər.
Qız - Sadə məsələlərlə yanaşı, mürəkkəb problemlərin həlli üçün münasib gündür. Gəlir, sərfəli anlaşma və uğurlu alış-veriş istisna deyil. İstənilən görüş pis keçməyəcək. Dostlarla yanaşı, müttəfiq tapmaq olar.
Tərəzi - Anlaşma və müqavilələr, alış-veriş üçün vaxt ayıra bilərsiniz. Kommersiya fəaliyyəti üçün əlverişli zamandır.
Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil.
Əqrəb - Yaxın ətrafınızdakı insanlar fikirlərinizi bölüşməsələr də, münaqişəyə başlamayın. Yaşlılarla təmaslarda həssas olun, onlara yardım edin.
Oxatan - Uğurlu gündür. Zərurət yaranarsa, maraqlarınızı asanlıqla müdafiə edə bilərsiniz. Məntiqi arqumentlərin sayəsində mübahisədə qarşı tərəfi üstələyin.
Oğlaq - Yeni maraq arayın. Həmfikirlə yanaşı, dost olacaq insanla qarşılaşa bilərsiniz. Axşam saatlarında başlanması ehtimal olunan romantik münasibətlər perspektivli deyil.
Dolça - Yaxın ətrafınızdakı insanlara yardım edəndə cavabında mükafat gözləməyin. Buna rəğmən, "sağ ol" eşitmək pis olmazdı. Günün ikinci yarısında yaradıcılıq potensialı yüksəkdir. Yaşamınızı daha aktiv və maraqlı edin.
Balıqlar - kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın. İstənilən uğursuzluqları ürəyinizə salmayın. Güzəştlərə getməyə çalışsanız da, sizi başqalarının istəklərini anlamaq istəməyən eqoist hesab edirlər.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.