5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
914
16.12.2020, 00:40
Qoç - Ünsiyyət üçün uğursuz gündür. Yaxınlarınızla dil tapmaq üçün göstərdiyiniz bütün səylərlə rəğmən qarşılıqlı anlaşma gərəkli səviyyədə deyil.
Buğa - Fikir və mövqelərinizi maksimum dərəcədə həssas, səbirli formada bildirin. Tənqidlərə sərt reaksiya verməyin. Köhnə dostların məsləhətlərinə qulaq assanız, kobud səhvlərdən qurtula bilərsiniz.
Əkizlər - Maliyyə baxımından əlverişli deyil. Bədxərclik etməyin. Gəlir ehtimalı azdır. Ailə üzvlərindən biri ilə bağlı üzücü xəbər ola bilər.
Xərçəng - Çox əlverişli, harmonik və rahat gündür. Özünüzü yaxşı hiss edəcəksiniz. Xoş əhvalınızı pozmayın. Yaxın ətrafınızdakı insanları da sevindirməyə çalışın
Şir - Qəfil, amma çox cazibədar təklifin alınması mümkündür. Günün ikinci yarısı funksional olmasa da, gözəl əşyanı almaq üçün əlverişlidir.
Qız - Uzunmüddətli planlar qurmaq olar. Amma bu planlar barədə yaxın ətrafınızdakı insanlara müfəssəl məlumatlar verməyin.
Tərəzi - Qurmağa başladığınız planın reallaşma şansı az deyil. Qeyri-adi, hətta ekstravaqant əşyalar almaq olar.
Əqrəb - Birmənalı olmayan gündür. Bir tərəfdən qarşınıza qoyduğunuz məqsədlərə asanlıqla çatır, ən mürəkkəb tapşırıq və problemlərin öhdəsindən gəlirsiniz. Digər tərəfdən əhvalınızın dəyişməsinə ehtiyac var. Xırda detallar və mənasız məqamlar sizi pərişan edir.
Oxatan - Çoxdan bəri yarımçıq qalmış işi tamamlayın. Yalnız etimada layiq insanlarla sıx ünsiyyətdə olun. Çətin məsələlərin öhdəsindən gələ biləcəksiniz.
Oğlaq - Ünsiyyət, qeyri-formal şəraitdə işgüzar məsələlərin həlli üçün əlverişli zamandır. Çıxış etmək, tədbirə qatılmaq olar. Diqqət mərkəzində olacaqsınız.
Dolça - Təmaslarda sayıq olun. Fırıldaqçıya aldanmayın, yalançıya etibar etməyin. Qıcıqlı davranaraq münaqişənin səbəbkarına çevrilməyin.
Balıqlar - İstirahət və əyləncəni müvəqqəti təxirə salaraq faydalı işlə məşğul olun. Detalları qulaqardına vurmayın, təfərrüatlara fikir verin. Önəmli münasibətlər istədiyiniz dinamikada inkişaf etmir. Süni təsirə əl atmayın, hadisələri tələsdirməyin.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.