5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
666
15.12.2020, 11:58
Xəbər verdiyimiz dekabrın 14-dən yanvarın 18-dək bir neçə şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 31-dək uzadılıb. Yanvarın 18-dən sonra fəaliyyətinə məhdudiyyət qoyulan ictimai-iaşə obyektləri, kafe-restoranlar, gözəlik salonları və bərbərxanaların fəaliyyətinin yenidən bərpası gözlənilir.
Hətta iri ticarət mərkəzlərinin müəyyən məhdudiyyətlərlə fəaliyyətinin bərpa edəcəyi iddiaları da var. Yanvarın 18-də iri ticarət mərkəzləri yenidən fəaliyyətini bərpa edə bilərmi?
Oxu24com bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, artıq 2 gündür ki, sərt karantin rejimi tədbiq edilir:
Xüsusilə də bu böyük şəhərləri əhatə edir.
Biz 2-3 gündə yoluxanların sayında azalmanı görə bilməyəcəyik. 1 həftə 10 gün içərsində sərtləşdirilmiş karntin rejimi özünün müsbət nəticəsini verəcəkdir.
Yoluxma daha çox böyük şəhərlərdədir. Bakı şəhəri gündəlik yoluxanların 50-55 faizini təşkil edir. Hesab edirəm ki, görülən tədbirlər öz müsbət nəticəsini verəcək.
Yanvar ayından sonra yoluxanların sayı minuma düşdükdə biz məhdudiyyətləri aradan qaldırıb, iri ticarət mərkəzlərini müəyyən qaydaları gözləməklə açıb, normal həyatımıza qayıda bilərik.
Təbii ki, bu insanların qaydalara nə dərəcədə əməl etməsindən asılıdır. Yanvar ayının 18-nə kimi böyük şəhərlərdə "sms icazə" sistemi mövcuddur. Ümid edək ki, yanvarın 18-dən sonra virusda səngiyəcək və mutasiyaya uğrayacaq.
Bilirsiniz ki, çox insan artıq yoluxub. Hətta evdə test vermədən müalicə olunanlar var. Gündəlik açıqlanan rəqəmlər həkim müayinəsindən və analizdən keçən insanlardır. Çünki elə insanlar var ki, bu xəstəliyi adi soyuqdəymə kimi qiymətləndirir.
Düşünürəm ki, son dərəcə diqqətli olmalıyıq. Çünki əlavə xəstəliyi olan insanlar üçün bu virus öldürücü ola bilər. Artıq nə qədər tanıdıqlarımız var ki, gənc yaşda bu xəstəlikdən dünyasını dəyişib. Ona görə qoyulan qaydalara əməl etməliyik".
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.