Qaynar xətt:

(+99450) 247 90 86

Şahbaz Quliyevin bacısı: "Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram”

Şahbaz Quliyevin bacısı: \\\"Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram”

CƏMİYYƏT

619

14.12.2020, 19:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qardaşımın girovluqdan azad olunması xəbəri məni hədsiz sevindirdi, Prezidentimizə öz təşəkkürümü bildirirəm".

Oxu24.com bildirir ki, bunu APA-ya açıqlamasında Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib.

"Əgər torpaqlarımız alınmasaydı, Şahbazla Dilqəm də girovluqdan xilas ola bilməyəcəkdi. Bu sevinci bizə yaşadan Prezidentimizə, o torpaqları alan ordumuza hədsiz minnətdaram. Şükür Allaha, bizi qovuşdurdu", - deyə o, bildirib.

İradə Quliyeva xəbəri yeni öyrəndiyini, hələ qardaşı ilə görüşmədiyini deyib.

Qeyd edək ki, bu gün günorta saatlarında 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.