Qaynar xətt:

(+99450) 247 90 86

Silahlı Qüvvələrə Yardım Fondu ləğv edildi

Silahlı Qüvvələrə Yardım Fondu ləğv edildi

CƏMİYYƏT

523

08.12.2020, 14:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev "Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb.

Oxu24.com  xəbər verir ki, sənədə əsasən, Azərbaycan Ordusuna Yardım Fondu yaradılır.

Həmçinin, “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilir.

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etmək tapşırılır.