Qar yağacağı gözlənilir - ƏHALİYƏ XƏBƏRDARLIQ
15 Noyabr 2026, 12:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1006
03.12.2020, 08:10
Xəbər verdiyimiz kimi Təhsil Nazirliyi riyaziyyat fənni üzrə təhsil proqramının və ümumitəhsil müəssisələrində istifadə edilən dərsliklərin Sinqapur modelində olacağı barədə məlumat yayıb.
Maraqlıdır, Sinqapur modelinin seçilməsinə səbəb nədir? Bu modelin təhsilin inkişafına faydası olacaqmı?
Məsələ ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov Sinqapur təhsil modelinin dünya üzrə kifayət qədər uğurlu olduğunu bildirib:
"İlk növbədə qeyd edim ki, Sinqapur təhsil sistemi öz göstəricilərinə görə dünya üzrə inkişaf etmiş ölkələrlə eyni sıradadır. Eyni zamanda orada riyaziyyat fəninin tədrisi bütün dünya ölkələrindən fərqlənir. Tək Azərbaycan yox, bütün dünya təhsil sitsemi Sinqapur təhsil sistemidən çox şey öyrənməlidir.
1965-ci il Malaziya müstəqilliyini qazandıqdan sonra məhdud təbii sərvətə malik olan ən yoxsul ölkələrdən biri də Sinqapur olub. Burda yanlız elit təbəqənin təhsili var idi və əhalinin oxuma yazma bacarığı aşağı səviyyədə idi. Lakin bu gün sinqapurlu şagirdlərin xüsusilə riyaziyyat sahəsi üzrə bilgiləri bütün inkişaf etmiş ölkələrin şagirdlərinin biliklərindən öndədir. Həmin şagirdlər məktəbi bitirdikdən sonra ən yaxşı universitetlərə daxil ola bilirlər. Sinqapurda sərt nizam-intizam tələb edən təhsil sistemi var və müəllimlər ilkin olaraq 1500-1600 manat civarında təqaüd alırlar. Bu ölkədə büdcənin 20-25 faizi təhsil sisteminə ayrılır".
Təhsil eksperti yeni modeli tədris edən müəllim heyətinin olmamasından da söz açıb:
"Lakin bu sistemdə də çatışmazlıq var. Çünki sərt təhsil sistemin olması məktəblilərin intihara meyilliyini də artırır. Buna baxmayaraq ölkənin 95 faizi təhsillidir. Sinqapur dərslikləri Azərbaycanda bir neçə təhsil pilləsində yox, bütövlükdə tətbiq edilməlidir. Lakin bir yandan da bu sistemi tədris edəcək müəllim heyəti yox dərəcəsindədir. Bu baxımdan Sinqapur modelinin təbiqindənsə Azərbaycanda dərsliklərin sadələşdirilməsi daha effektiv olar".
12:36 / 15 Noyabr 2026
1
12:28 / 15 Noyabr 2026
43
12:11 / 15 Noyabr 2026
61
11:52 / 15 Noyabr 2026
119
11:43 / 15 Noyabr 2026
64
11:29 / 15 Noyabr 2026
81
11:20 / 15 Noyabr 2026
79
11:20 / 15 Noyabr 2026
85
11:10 / 15 Noyabr 2026
80
11:07 / 15 Noyabr 2026
499
10:50 / 15 Noyabr 2026
91
10:25 / 15 Noyabr 2026
246
10:21 / 15 Noyabr 2026
100
10:18 / 15 Noyabr 2026
97
10:12 / 15 Noyabr 2026
126
09:35 / 15 Noyabr 2026
477
07:35 / 15 Noyabr 2026
179
05:50 / 15 Noyabr 2026
150
01:35 / 15 Noyabr 2026
161
01:10 / 15 Noyabr 2026
182
23:59 / 14 Noyabr 2026
374
23:51 / 14 Noyabr 2026
199
23:47 / 14 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.