Qaynar xətt:

(+99450) 247 90 86

Biləsuvarda şəhid dəfn edilib

Biləsuvarda şəhid dəfn edilib

CƏMİYYƏT

589

27.11.2020, 23:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Biləsuvar rayonunda müddətdən artıq hərbi qulluqçu, şəhid Əliyev Turan Sulduz oğlu dəfn edilib.
Oxu24.com xəbər verir ki, dəfndən əvvəl şəhidin Biləsuvar rayonu Əsgərabad kəndində yerləşən ata evində vida mərasimi baş tutub. Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Sonra şəhid Əsgərabad kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Turan Əliyev 1996-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulub. Allah rəhmət eləsin!