Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1968
27.11.2020, 12:52
"Hərbi vəziyyət elan edildikdən sonra ya tam, ya da qismən səfərbərlik olur. Hərbi vəziyyət qüvvədə qalır. Çox güman ki, dekabrın 1-dən - bütün ərazilər azad edildikdən sonra məsələyə baxıla bilər".
Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, hərbi vəziyyətə Milli Məclis baxmalıdır və bundan sonra hərbi vəziyyət qüvvədən düşməlidir:
"Hələ ki, hərbi vəziyyət qalırsa, səfərbərlik də, kommendant saatı da qüvvədə qalır. Buna görə, gözləmək lazımdır ki, hərbi vəziyyət ərazilərdə normal rejimlə əvəz edilsin. Ola bilər ki, həmin ərazilərdə fövqəladə vəziyyət rejimi olsun. Ya da hərbi vəziyyət rejimi işğaldan azad edilən ərazilərdə ola bilər.
Misal üçün Bakıda hərbi vəziyyətə ehtiyac qalmaz. Hərbi vəziyyətlə bağlı konkret şəhərlər göstərilib. Bu şəhərlərin bir qismi saxlana bilər, digər qismindən isə hərbi vəziyyət götürülə bilər.
Dekabrın 1-nə, ərazilər boşalana qədər hansısa bir şəkildə hərbidən tərxis olunma nəzərdə tutulmayıb. Elə şəxslər var ki, hərbi xidmət müddəti başa çatıb, amma təxris olunmayıblar. Müharibə və hərbi vəziyyət zamanı artıq xidmət etmək nəzərdə tutulur. Faktiki olaraq bu ortadan qaldırıldıqdan sonra təxris olunmalar başlayacaq.
İndidən konkret hərbçilərin evlərinə buraxılacaq tarixi dəqiq demək mümkün deyil. Hər an insidentlər çıxa bilər".
Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər - əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunub.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.