Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1371
27.11.2020, 00:49
Qoç - ehtiyatlı və səbrli olun. Təmkinlə davranmasanız, heç nəyə nail ola bilməyəcəksiniz. İşgüzar fəallıq səviyyəsi aşağıdır. Yeni layihələrə başlamaq üçün əlverişli gün deyil. Cari işlərdən bəzilərini etibar etdiyiniz insana tapşıra bilərsiniz. İmkan varsa, birgə fəaliyyətə üstünlük verin. Maliyyə işlərində risk etməyin.
Buğa - istənilən formalı şübhəli anlaşma və sövdələşmələrdən uzaq durun. Başqalarına görə məsuliyyəti boynunuza götürməli, səhvlərin nəticələrini aradan qaldırmalı olacaqsınız.
Əkizlər - özünüzlə müqayisədə başqalarına daha tələbkar olmayın, dostlar və yaxınlarla münasibətlərdə problemlər yaratmayın. Evdə ailə üzvləri ilə dil tapmaq çətinləşir.
Xərçəng - maraqlarınızı müdafiə etmək asan olmasa da, qətiyyətli və iradəli olun. Əks təqdirdə ciddi problemlər yaranacaq. Sizə təsir etmək, manipulyasiyaya əl atmaq istəyənlər var.
Şir - yaxın ətrafınızdakı insanlardan biri sizdən sui-istifadə etməyə can atır. İntuisiyanıza qulaq asın, özünü dost kimi qələmə verən hiyləgərin əlində marionetkaya çevrilməyin.
Qız - peşəkar fəaliyyət müstəvisində təşəbbüskar olun. Birgə layihədə iştirakla müqayisədə müstəqil fəaliyyət daha məhsuldar olacaq.
Tərəzi - dəvət aldığınız tədbirə qatılın. Yaxınlarınızla çox vaxt keçirməyə çalışın. Ünsiyyət faydalı və xoş olacaq. Texnika, nəqliyyat vasitəsi almaq olar.
Əqrəb - alış-veriş üçün yaxşı vaxtdır. Yaşam arealında konstruktiv dəyişikliklər etmək olar. Axşam saatlarını musiqi sədaları altında keçirmək olar.
Oxatan - yanlış təəssüratın əsirinə çevrilməyin ki, şəxsi münasibətlərdə mənfi təmayüllər formalaşmasın. Günün ikinci yarısı yeni planların reallaşması, ideyaların izharı, maraqlı fəaliyyət zamanıdır.
Oğlaq - başladığınız işlərdə mükəmməliyə can atın. Yalnız zahiri gözəlliyə inanmayın. Qarşılaşacağınız insanların fərdi məziyyətlərinə fikir verin. Təmasda olduğunuz şəxsləri dəyərləndirəndə hisslərə qapılmayın.
Dolça - bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı vaxtdır. Parlaq, təkrarolunmaz insan olduğunuzu göstərin. Axşam saatlarında əylənin, günün stressini unutmağa çalışın.
Balıqlar - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeniliyi əxz etməklə yanaşı, əvvəllər əldə etdiyiniz biliklərin bir qismini tətbiq etmək imkanları yaranır. Dostlar, həmkarlar və həmfikirlərə etibar etmək olar. Müəyyən önəmli məsələnin həlli ilə bağlı məsuliyyət üzərinizə düşür. Həmin məsuliyyətdən yayınmayın.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.