Bakıya şiddətli dolu düşməsinin səbəbi bu imiş – AÇIQLANDI
26 May 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1373
26.11.2020, 18:26
“Xankəndi hava limanına beynəlxalq status verilməyib. Sadəcə olaraq Azərbaycanın 6 hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yenilənmiş reyestrinə salınıb”.
Oxu24.com xəbər verir ki, bunu Teleqraf.com-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.
Qurum rəsmisi bildirib ki, ICAO təşkilatında mövcud aeroportlar və onların kodları barədə siyahı var: “Biz beynəlxalq təşkilatın dekabr ayında dərc olunacaq yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də işğaldan azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanlarının da salınmasına nail olmuşuq. Yəni, İCAO təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanlarının kodu Azərbaycana məxsusdur”.
Bundan sonar Xankəndi hava limanında sərnişinlərə vizaların verilməsi, pasport və gömrük yoxlamasının kim tərəfindən həyata keçirilməsinə gəlincə, qurum sözçüsü bu haqda danışmağın hələ tez olduğunu deyib: “Bu haqda danışmağa hazır deyiləm. Detallar məlum deyil”.
Füzulidə və Ağdamda yeni hava limanlarının tikintisinə gəlincə, Paşa Kəsəməniski bu haqda əlavə məlumat verə bilmədiyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 25-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.
Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.
20:35 / 26 May 2026
1
20:29 / 26 May 2026
24
20:22 / 26 May 2026
100
20:17 / 26 May 2026
36
19:55 / 26 May 2026
49
19:47 / 26 May 2026
82
19:37 / 26 May 2026
76
19:29 / 26 May 2026
68
19:25 / 26 May 2026
81
19:10 / 26 May 2026
183
19:06 / 26 May 2026
122
18:59 / 26 May 2026
104
18:58 / 26 May 2026
87
18:53 / 26 May 2026
62
18:50 / 26 May 2026
81
18:46 / 26 May 2026
99
18:45 / 26 May 2026
75
18:41 / 26 May 2026
67
18:35 / 26 May 2026
78
18:25 / 26 May 2026
187
18:17 / 26 May 2026
72
18:16 / 26 May 2026
108
18:16 / 26 May 2026
293
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.