Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3402
25.11.2020, 20:14
Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.
Azərbaycanın Moldovadakı səfirliyindən Oxu24.com-a verilən məlumata görə, müsahibədə səfir ermənilərin 30 il müddətində Azərbaycan ərazilərində qanunsuz yaşayaraq məscidləri, məbədləri, qəbiristanlıqları, evləri və abidələri dağıtdıqlarını, Azərbaycanın təbii sərvətlərini oğurlayaraq Qarabağın meşələrini yandırdıqlarını və buna görə cavab verməli olduqlarını qeyd edilib.
Bununla əlaqədar, Prezident İlham Əliyevin hərbi cinayət törədən ermənilərin beynəlxalq məhkəmələrə veriləcəyinə dair çıxışını xatırladaraq düşmənin, həmçinin qiymətli metalları, xüsusən də qızılı Ermənistana ixrac etdiyini bildirib.
Səfir müsahibəsində istehsalında qanunsuz olaraq qızıldan istifadə edildiyi dünyaca məşhur İsveçrə saat markası “Franck Muller Group”un qurucusu və baş icraçı direktoru Vartan Sirmakeslə yanaşı bir sıra erməni cinayətkarların istintaq orqanı tərəfindən beynəlxalq axtarışa verildiyini dilə gətirib, ikinci Dağlıq Qarabağ müharibəsindən 2 il əvvəl Ermənistanın Azərbaycana vurduğu zərərin miqdarı 818 milyard 880 milyon ABŞ dolları təşkil edirdisə, hazırda təzminatın məbləğinin1 trilyon ABŞ dollarından çox olduğunu əminliklə ifadə edib.
Eyni zamanda, müsahibədə Q.Osmanov Ermənistanın Azərbaycana borclu olduğunu Ermənistanın keçmiş Baş prokuroru və ölkənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsində keçmiş nümayəndəsi Gevork Kostanyanın Moskva sülh sazişinə dair fikirlərində açıq şəkildə qeyd etdiyi diqqətə çatdırıb.
Mütəxəssislərin fikirlərinə istinad edən səfir müsahibəsində Ermənistanın ölkəmizə vurduğu zərərin ödənilməsinin beynəlxalq hüquqa əsaslanaraq təmin edilməsi istiqamətində işlər aparıldığını və məsələyə dair beynəlxalq qurumların cəlb edildiyini bildirib.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.