Qoç - asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir. Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə yol verməyin.
Buğa - romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni tanışlıqlar olacaq. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - heç bir səbəb və zərurət olmadan problemlər yaratmayın. Yeni layihələrə ehtiyatla başlayın. Köhnə müttəfiqlərin sizi dəstəkləməyə hazır olduqlarını biləndən sonra işi aktivləşdirin. Kiçik xərclər istisna deyil. Günün ikinci yarısında maliyyə problemləri yarana bilər. Narahat olmayın, çətinlikləri dəf edəcəksiniz.
Xərçəng - özünüzə diqqəti cəlb etmək istəyirsinizsə, orijinal addımlar atın. Ekstravaqant davranışda ifrata varmayın, fəsadları və nəticələri düşünün. Əks təqdirdə sonradan təəssüflənə, peşman ola bilərsiniz.
Şir - inadla çalışın. Bir qədər əvvəl başladığınız, amma müəyyən səbəblərdən yarımçıq qoyduğunuz işləri bitirin. Uğurlara nail ola bilərsiniz. Əsla tənbəllik etməyin, vaxtınızı boş işlərə sərf etiməyin. Yorğunluq hiss etsəniz belə, irəliəyin.
Qız - məqsəd və hədəfləri konkretləşdirin. Söhbətlər xoş olsa da, mənasızdır. Vaxtınızı məhsuldar keçirmək istəyirsinizsə, sabahkı işlərin siyahısını hazırlayın. Ən xırda məsələlərdə belə, plana riayət edin.
Tərəzi - tələskənliyə yol verməyin, vurnuxmaya qatılmayın. Başladığınız işləri yarımçıq qoymayın. Bütün çətinliklər və problemlərə rəğmən onları bitirin. Planlaşdırılmış alış-verişlə kifayətlənin. Spontan xərclərə yol verməyin. Gəlirlər çox olsa da, bədxərc olmayın.
Əqrəb - köç və köçə hazırlıq, habelə interyerin yenilənməsi üçün pis deyil. Yaradıcılıq potensialının səviyyəsi yüksək olmalıdır. Çevik, aktiv olun. Təxəyyüldən bəhrələnməyə imkan verən işlərlə məşğul olun. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Oxatan - ətrafınızdakı insanlar üçün əvəzolunmaz yardımçı və qiymətsiz müttəfiq ola bilərsiniz. Çətin xasiyyəti olan, tərəfdaşları uzun müddətdə və ciddi seçən insanlarla münasibətləri normallaşdırın. Bilik və bacarıqlarınızı artırın.
Oğlaq - kiçik anlaşılmazlıqlar istisna deyil. Yaranan problemlər çoxdan bəri həyata keçirməyə çalışdığınız məsələləri reallaşdırmağa mane olacaq. Yeni tərəfdaşlarla məhsuldar əməkdaşlığa başlayın.
Dolça - işdə rəhbərliklə fikir ayrılıqları yaranacaq. İlk baxışdan mənasız məsələlər az sonra ciddiləşəcək. Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərin harmonik olmasına çalışın. Yaxınlarınızla dil tapın. Ev işləri, interyerin yenilənməsi, kulinar eksperimentlər üçün yaxşı zamandır. Pəhriz saxlayırsınızsa, tamahınızı üstələyin. İradəli olun.
Balıqlar - Məhsuldar çalışın. Günün ikinci yarısında səfərlər pis alınmayacaq. Sərfəli anlaşmalara nail olmaq, alış-verişdə orijinal əşyalar almaq olar. Axşam saatlarında qəfil xərclər olacaq.
Oxu24.com
ŞƏRHLƏR