DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
565
26.08.2020, 17:26
Azərbaycanda balıq ovuna tətbiq edilən moratoriumun müddəti bitir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsindən Redaktor.az-a daxil olan birgə məlumatda bildirilir ki, balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2020-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir:
"Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər.
Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN” Xidmət Mərkəzinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidir.
Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır".
00:59 / 20 May 2026
110
00:41 / 20 May 2026
111
00:00 / 20 May 2026
93
23:34 / 19 May 2026
138
23:21 / 19 May 2026
132
23:12 / 19 May 2026
117
22:56 / 19 May 2026
187
22:46 / 19 May 2026
189
22:44 / 19 May 2026
311
22:26 / 19 May 2026
117
22:13 / 19 May 2026
117
21:58 / 19 May 2026
605
21:49 / 19 May 2026
114
21:35 / 19 May 2026
135
21:20 / 19 May 2026
103
21:09 / 19 May 2026
164
20:47 / 19 May 2026
117
20:47 / 19 May 2026
97
20:42 / 19 May 2026
101
20:38 / 19 May 2026
95
20:34 / 19 May 2026
97
20:31 / 19 May 2026
86
20:27 / 19 May 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.