DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
552
26.08.2020, 14:59
Dövlət başçısının vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tapşırığına uyğun olaraq paytaxta 115 ədəd yeni avtobus gətiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumatda bildirilir ki, Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Sıxılmış təbii qaz müəhərrikli (CNG) avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlik avtobuslardır. İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq. Yaxın günlərdə başlanılacaq prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.
Avtobusların gətirilməsi ilə Bakı şəhərinin marşrut şəbəkəsi daha da müasirləşəcək ki, bu da sərnişindaşımaların daha rahat və təhlükəsiz təşkili baxımından əhəmiyyətlidir. Əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezidentin tapşırığı əsasında son 5 ildə 603 ədəd orta və iri tutumlu müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.
Avtobus parkının yenilənməsi ilə bağlı ötən müddətdə görülən tədbirlər pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlığını təmin edib. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2019-cu ildə alınan 300 ədəd avtobus sayəsində müntəzəm xətlərlə yanaşı 12 sayda ekspres xətt təşkil olunub və müntəzəm xətlər üzrə avtobusların sayı artırılıb ki, bu da pandemiya zamanı mühüm əhəmiyyət kəsb edir. Xüsusi ilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axının idarə olunması baxımından zəruri hesab olunur.
Yeni avtobusların alınması ilə ətraf kənd və qəsəbələr o cümlədən də Mərdəkan, Maştağa, Bilgəh, Buzovna, Zaqulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrinin birbaşa şəhər mərkəzi ilə əlaqələndirilməsi mümkün olub.
Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektirik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır. Hazırda BMC və MAN şirkətləri ilə elektirik avtobuslarının gətirilməsi, onların çalışması üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır.
00:59 / 20 May 2026
110
00:41 / 20 May 2026
111
00:00 / 20 May 2026
93
23:34 / 19 May 2026
138
23:21 / 19 May 2026
132
23:12 / 19 May 2026
117
22:56 / 19 May 2026
187
22:46 / 19 May 2026
189
22:44 / 19 May 2026
311
22:26 / 19 May 2026
117
22:13 / 19 May 2026
117
21:58 / 19 May 2026
605
21:49 / 19 May 2026
114
21:35 / 19 May 2026
135
21:20 / 19 May 2026
103
21:09 / 19 May 2026
164
20:47 / 19 May 2026
117
20:47 / 19 May 2026
97
20:42 / 19 May 2026
101
20:38 / 19 May 2026
95
20:34 / 19 May 2026
97
20:31 / 19 May 2026
86
20:27 / 19 May 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.