Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda marşrut sürücüsünü döyən sərnişin saxlanıldı, üzr istədi - VİDEO

Bakıda marşrut sürücüsünü döyən sərnişin saxlanıldı, üzr istədi - VİDEO

CƏMİYYƏT

599

26.08.2020, 11:40

İctimai nəqliyyatda sürücüyə qarşı xüliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Milli/Az-a verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abeşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xırda xüliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış matereallar baxılması Nərimanov rayon məhkəməsinə göndərilib