DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
536
25.08.2020, 12:59
Nazirlər Kabineti "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" 2001-ci il 7 noyabr tarixli 179 nömrəli qərarında dəyişiklik edib.
Bu dəyişiklik valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan dövlət ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlarla yanaşı, peşə təhsili müəssisələrində də təhsil alan şəxslərə təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınmasının məhz təhsil aldığı müəssisə hesabına təmin edilməsini, yaxud həmin peşə təhsili müəssisəsi tərəfindən dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət verilməsini nəzərdə tutur.
Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin mənzillə təmin olunduğu "Məzun evi" Sosial Müəssisəsi Heydər Əliyev Fondunun mühüm sosial əhəmiyyətli layihələrindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən müəssisədəki yeni yaşayış binalarında 365 gənc mənzillə təmin olunub və daha bir yaşayış binası da tikilir.
Nazirlər Kabineti yeni Qərarla "Məzun evi" Sosial Müəssisəsinin Nizamnaməsində də dəyişiklik edib. Dəyişiklik həmin müəssisədə yaşayan, dövlət ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlarla yanaşı, peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin də kommunal xərclərinin onların təhsil aldığı müddətdə "Məzun evi" Sosial Müəssisəsi tərəfindən ödənilməsini nəzərdə tutur.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından dövlət, ümumi təhsil, orta iхtisas təhsili, ali təhsil müəssisələri ilə yanaşı, peşə təhsili müəssisələrini bitirən şəxslər də məhz müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.