Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli hadisə - ÖLƏN VAR

Bakıda dəhşətli hadisə - ÖLƏN VAR

CƏMİYYƏT

1084

25.08.2020, 12:52

Avqustun 24-də saat 10 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Oxu24.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şabran rayon sakini N.Bəyməmmədovun idarə etdiyi “Man” və Bakı şəhər sakini B.Ələkbərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Ələkbərovun sərnişini, Tovuz rayon sakini Firuddin Məhərrəmov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.