DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
771
24.08.2020, 23:21
Bakıda xarici ölkələrə getmək istəyənlər üçün dövlət tərəfindən koronavirus testinin aparılması üçün poliklinikalar ayrılıb.
Oxu24.com xəbər verir ki, bu poliklinikalarda test qiymətləri daha sərfəlidir. Belə ki, Bakıda 40 manata artıq üç yerdə test vermək olar. Bu testin cavabları uçuş üçün etibarlıdır. Bunlar :
- 1 nömrəli Şəhər Poliklinikası (Səbail ray, Bül-bül pr 8, əlaqə: 012 493 19 87);
- 10 nömrəli Şəhər Poliklinikası (Binəqədi ray, Azadlıq pr 176, əlaqə: 012 561 65 06);
- 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır (Nizami ray, Nəsimi küç 11, əlaqə: 050 840 71 87).
Test pulunu Azərbaycan Beynalxalq Bankının istənilən filialında ödəmək mümkündür. Bunun üçün aviabilet təqdim edilməlidir. Aviabileti olmayanlardan test götürülmür.
1 nömrəli Şəhər Poliklinikasın verilən məlumata görə, onlara bu gün aviabileti olan şəxslərdən test götürməklə bağlı təlimat gəlib. Amma hələki pasiyent qəbul edilmir: "Bizə təlimat yeni gəlib. Biz bir saatdan sonra müraciət edənlərə nə vaxt test vermək üçün gəlməli olduqlarını deyə biləcəyik".
Poliklinikadan testin qiymətinin 40 manat olduğunu təsdiqləyiblər.
Qeyd edək ki, xarici ölkələrə aviabilet alan şəxslərin koronavirus testindən keçməsi mütləqdir. Buna görə vətəndaşlar yüksək məbləğ ödəməli olurdular. Özəl klinikalarda burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 100-150 manat arasında dəyişir. Məlumat üçün bildirək ki, yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır.
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.