DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
601
24.08.2020, 21:33
“Ən çox London üçün darıxmışam. İlk dəfə həyat yoldaşımla orada 1998-ci ildə olmuşam. Yağışlı və tutqun havasını heç sevməmişdim. Amma şəhər özü maqnit kimi cəlbedicidir - İstanbul kimi... Böyük oğlum orada təhsil alacaqdı. Bunu hələ övladım olmazdan əvvəl arzu etmişdim. Həmişə övladlarım oğlan olacaq və Avropada təhsil alacaqlar deyirdim, qız istəmirdim, çünki qadın olmaq heç asan deyil. Rəfiqələrim qəribə baxırdılar mən belə danışanda. Nə demişdimsə, necə istəmişdimsə, elə də oldu”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri qeyd edib. Sosial şəbəkədə oğlanları barədə arzu və xatirələrini bölüşən ulduz sözlərinə belə davam edib:
“Oğlumun 5 yaşı olanda 2000-ci ildə xarici məktəbə imtahan verib qəbul oldu. Orada oxuyub bitirəndən sonra İngiltərənin ən yaxşı 6 universitetinə qəbul olundu və ən yaxşısını məsləhətləşib seçdik. 16 yaşında onu başqa ölkəyə təhsil almağa göndərdim. Ağır oldu mənim üçün... Bir ana kimi, amma arzum idi.
Tək yaşamağı, öz ayaqları üstə durmağı bacarmalı idi. Bacardı da. Şükür.
Londonu məhz oğlum orada yaşayanda sevdim. 5 il orada yaşadı. Ortancıl oğlum da eyni məktəbdə təhsil alırdı və onun da Londonu seçəcəyinə əmin idim. Amma olmadı. Onu həm də yay məktəbinə göndərdim, qardaşı kontrol edəcəkdi. Getdi-gəldi ki, bəs mən Amerikada təhsil alacam, ora mənlik deyil. Məyus oldum, amma necə istəyirsən elə olsun, dedim. İmtahan verdi və ən yaxşı universitetə qəbul oldu.
Böyük oğlum da köçdü Amerikaya, həm də işləyir. İndi hər ikisi orada yaşayırlar. Amerikanı heç sevə bilmədim. 1 dəfə getdim, 1999-cu ildə və sonra getmək istəmədim. Fevralda 1 illik viza aldıq, kiçik oğlumla Novruz bayramını qardaşları ilə Amerikada qeyd edəcəkdik, pandemiyaya görə alınmadı, gedə bilmədik.
İngiltərəyə isə 5 illik vizam var. Orada ailəvi dostlarımız yaşayır. Bu vaxtlar oralar çox gözəl olur. Payızı orada daha çox sevirəm. Payız orada çox gözəl olur. Payızın gəlişini Londonda qarşılamağın başqa həzzi var.
Heyif ki, indi həyatımızın, arzularımızın kontrolu öz əlimizdə deyil. Sabah nə olacaq bilmirik. Heç evimizdən istədiyimiz vaxt çıxa biləcəyimiz də bizə məlum deyil. Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm”.
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.