Bələdiyyə torpaqları satışa çıxarılır - SİYAHI
16 Noyabr 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1250
24.08.2020, 21:19
Türkiyənin Antalya şəhərində oteldə “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən Xaqan Zeynalov (“Xan Bakinski”) onun cinayətdən az əvvəl çəkdiyi videosunu azı dörd nəfərə göndərib.
Oxu24.com “Azadlıq” radiosunun özbək xidmətinə istinadla xəbər verir ki, Türkiyə polisi Xaqan Zeynalovun mobil telefonunu müsadirə etdikdən sonra bu faktı üzə çıxarıb.
Xəbər verildiyi kimi, Xaqan Zeynalov “Lotu Quli”ni qətlə yetirməzdən təxminən 30 dəqiqə əvvəl otelin dəhlizində onun arxasınca gedərkən videosunu çəkib. Bu kadrlar qətldən bir neçə saat sonra sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən heç nədən şübhələnməyən “Lotu Quli” telefonla danışa-danışa dəhlizlə gedir, “Xan Bakinski” isə onu arxadan çəkir. Daha sonra özünü iri planda çəkir və sanki sifarişçiyə mesaj vermək istəyir ki, “Lotu Quli”nin arxasındadır və hədəfi haqlayıb.
Bildirilir ki, “Xan Bakinski”nin həmin kadrları göndərdiyi dörd şəxsin hamısı Türkiyə polisi tərəfindən dindirmə üçün saxlanılıb. Onların arasında Özbəkistandan olan “Zolotoy” ləqəbli kriminal avtoritet Ravşan Muhiddinov da var.
Ravşan Muhiddinov Beynəlxalq Boks Federasiyası AİBA-nın keçmiş prezidenti, Birləşmiş Ştatlar tərəfindən beynəlxalq narkotik ticarəti mafiyasının başçısı kimi axtarılan, “Qara Qafur” ləqəbli kriminal avtoritet Qafur Rəhimovun qohumudur.
Muhiddinovu İstanbuldakı evində avqustun 20-də gecə saat 3 radələrində saxlayıblar. Türkiyə polisi onu yeddi saat ərzində dindirib, lakin hər hansı ittiham irəli sürmədən sərbəst buraxıb.
Bu arada Rusiya KİV-ləri xəbər verib ki, qətldən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sibirdə “Lotu Quli”nin adamlarından birini saxlayıb və dindirmədən sonra heç bir ittiham irəli sürmədən buraxıb.
Mərkəzi Asiya kriminal aləmindəki mənbələr isə “Azadlıq” radiosuna deyiblər ki, hazırda Rusiyada həbsdə olan kriminal avtoritet, əvvəllər “1 nömrəli vor” statusunu daşıyan, “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov özünün həbsxana kamerasında “Lotu Quli”yə ölüm hökmü çıxarmışdı. Mənbələr deyirlər ki, N.Səlifov rəqib kriminal qruplaşmalara “mübahisəli situasiyalarda” hücum etməklə “qanuni oğruların” şərəf kodeksini pozmuşdu..
22:10 / 16 Noyabr 2026
27
21:59 / 16 Noyabr 2026
40
21:52 / 16 Noyabr 2026
73
21:46 / 16 Noyabr 2026
51
21:35 / 16 Noyabr 2026
79
21:30 / 16 Noyabr 2026
835
21:24 / 16 Noyabr 2026
64
21:16 / 16 Noyabr 2026
74
21:01 / 16 Noyabr 2026
115
20:56 / 16 Noyabr 2026
91
20:54 / 16 Noyabr 2026
90
20:52 / 16 Noyabr 2026
146
20:46 / 16 Noyabr 2026
90
20:44 / 16 Noyabr 2026
567
20:34 / 16 Noyabr 2026
95
20:30 / 16 Noyabr 2026
88
20:19 / 16 Noyabr 2026
85
20:13 / 16 Noyabr 2026
148
20:07 / 16 Noyabr 2026
887
20:00 / 16 Noyabr 2026
168
19:55 / 16 Noyabr 2026
105
19:47 / 16 Noyabr 2026
104
19:40 / 16 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.