DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
441
24.08.2020, 18:58
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bu sahədə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir.
AQTİ-nin İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən Publika.az-a verilən məlumata görə, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planının 10.3.4-cü yarımbəndinə uyğun olaraq, AQTİ-nin nəzdində “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” təsis olunmuşdur. Eyni zamanda, sözügedən Dövlət Proqramının 10.3.6-cı yarımbəndinə əsasən, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən kadrların təlimə ehtiyacının qiymətləndirilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar olaraq, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə mütəxəssislərdən ibarət “kadr bankı” yaradılaraq, müxtəlif layihələr və təlimlər vasitəsilə əməkdaşlıq edilməsi planlaşdırılır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə elmi təminatın və kadr potensialının gücləndirilməsi, eləcə də mütəxəssislərin hazırlanması məqsədilə təlimlər həyata keçiriləcəkdir.
Bu baxımdan, aşağıda qeyd olunan sahələr üzrə peşəkarlar əməkdaşlığa dəvət olunur:
1. Qida məhsullarının təhlükəsizliyi sahəsində:
- Qida mühəndisi;
- Qida texnoloqu;
- HACCP üzrə mütəxəssis;
- İSO 22000 üzrə mütəxəssis;
- Qida mikrobioloqu;
- Qida sənayesinin müxtəlif sahələrində təcrübə;
- Qabaqcıl fəaliyyət kodeksləri üzrə mütəxəssis (GHP, GAP, GMP və s.).
2. Heyvan sağlamlığı sahəsində:
- Baytar həkim;
- Baytar əczaçı;
- Baytar epidemioloq;
- Baytar virusoloq;
- Baytar mikrobioloq;
- Baytar seroloq;
- Baytar parazitoloq;
- Baytar toksikoloq;
- Baytarlıq müfəttişi.
3. Bitki sağlamlığı sahəsində:
- Aqronom entomoloq;
- Aqronom fitopatoloq
- Aqronom virusoloq;
- Aqronom mikoloq;
- Aqronom bakterioloq;
- Aqronom herboloq;
- Aqronom fitohelmintoloq;
- Aqronom bioloq;
- Kimyaçı (bitkiçilik məhsulları, aqrokimyəvi maddələr və pestisidlərin sınağı üzrə);
- Aqrokimyaçı;
- Biokimyaçı;
- Fitosanitar müfəttiş;
- Fumiqasiya mütəxəssisi.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təlimçi (ekspert) olduğu sahənin adını” qeyd edərək öz anket formalarını (CV) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (Əlaqələndirici şəxs: Vüsal Qocayev, tel.: 5651272, daxili: 563, mob.: 0556929090; Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 185b, AZ1029).
Müraciət üçün son tarix: 15.09.2020
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.