DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
733
24.08.2020, 15:13
Azərbaycanda karantin rejimi qismən yumşaldılsa da, bir çox sahələrlə bağlı qadağalar hələ də qalmaqdadır.
Oxu24.com xəbər verir ki, hələlik iri ticarət mərkəzlərinin fəaliyyətinə, toy və yas mərasimlərinin təşkilinə, qapalı məkanlarda kafe və restoranların işləməsinə və s. icazə verilməyib.
Sərt karantin tədbirlərinin davam etdiyi bir vaxtda sosial şəbəkədə qadağaların hansı tarixdə ləğvi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Toy və yas mərasimlərinin təşkili ilə bağlı qadağanın noyabra qədər davam etməsi, həm də təhsil mərkəzlərinin də eyni vaxta qədər bağlı qalması ilə əlaqələndirilir.
Məhz Məhərrəm ayı bitdikdən sonra toy və yaslara müəyyən şərtlərlə icazələrin veriləcəyi, elə həmin vaxtda dərslərin başlayacağı və ənəvi təhsilə ölkə üzrə icazə veriləcəyi təxmin olunur.
Ölkə üzrə təhsilin noyabr ayında başlaya biləcəyi ilə bağlı fikirlərə münasibət öyrənmək üçün Təhsil Nazirliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirdi ki, bu məlumatlar həqiqəti əks etdirmir:
"Bunlar hamısı yanlış məlumatlardır. Vətəndaşlarımızın rəsmi xəbərlərə inanması daha doğru olardı. Bu tip fikirlər insanların fantaziyasının məhsuludur.
Dərslərin konkret nə vaxt başlayacağı ilə bağlı müvafiq işlər gedir. Yaxın müddət ərzində bununla bağlı rəsmi qərar açıqlanacaq".
Qeyd edək ki, Azərbaycanda dərslər həm ənənəvi məktəb, həm onlayn dərslər, həm də hibrid formada keçirilə bilər. Hazırda bunların dəyərləndirilməsi və yekun qərarın verilməsi ilə bağlı rəsmi qurumlarla müzakirələr aparılır.
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.