DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
502
24.08.2020, 15:06
"Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmalısınız və bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Buna da ehtiyac var. Çünki pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərini müvəqqəti olaraq itiriblər, ona görə dövlət onların yardımına gəldi, onlara əl tutdu, onlara əl uzatdı. Bildiyiniz kimi, işini itirmiş insanlar, o cümlədən qeyri-formal sahədə çalışan insanlar dövlət tərəfindən maddi cəhətdən dəstəklənir".
AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Prezident qeyd edib ki, eyni zamanda, bu il rekord sayda ödənişli ictimai iş yerləri açılmaqdadır. Bu iş yerlərinin sayı 90 minə çatacaq və bu sahədə də şəffaflıq olmalıdır: "Çünki son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adi hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır.
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.