Qaynar xətt:

(+99450) 247 90 86

Elmira Süleymanova yeni Ombudsmanın karantin qaydalarını pozmasından danışdı

Elmira Süleymanova yeni Ombudsmanın karantin qaydalarını pozmasından danışdı

CƏMİYYƏT

569

22.08.2020, 22:30

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova Ombudsman Səbinə Əliyevanın karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakından danışıb. 

Elmira Süleymanova Demokrat.az-a qısa açıqlamasında Səbinə Əliyeva haqda bunları deyib:

“Mən bilirəm ki, siz mənə nə üçün zəng etmisiniz. Yeni Ombudsmanımız da həyat yoldaşı ilə gedib o toyda iştirak edib. Bu doğru deyil. Onların bu hərəkətlərinə mən nə deyə bilərəm? Mənim bu barədə danışmağım gülünc olardı”.