Açıq havada toyda iştirak edib sağlıq demişik. Burada qəbahətli heç nə yoxdur.
Bunu Oxu24.com-a açıqlamasında srağagün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsinə münasibət bildirkən Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Deputat bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, açıq havada tədbir keçirmək olar:
“Mən də toya həmin qərardan sonra getmişəm. Toy açıq havada keçirilib. Onu da deyim ki, toyda bütün məsafələr gözlənilib. Əslində biz nümunə göstərmişik. Burada qəbahətli heç nə yoxdur. Yəni Nazirlər Kabinetinin qəbul etdiyi bütün qərarlara əməl etmişik”.
Qeyd edək ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda bir çox tanınmışın iştirak etdiyi bildirilir.
Oxu24.com
ŞƏRHLƏR