Kürdəmirdə iki avtomobil toqquşub , xəsarət alanlar var.
16 Noyabr 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
897
21.08.2020, 10:15
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu qarşıdakı qrip mövsümünə hazırlaşmağı tövsiyə edib.
Oxu24.com “unikal.org”a istinadən xəbər verir ki, büro rəhbəri Hans Kluqe onlayn formatda keçirilən brifinqdə koronavirusla yanaşı qripə yoluxmanı da diqqətdə saxlamağın vacibliyini diqqətə çatdırıb və qrip əleyhinə peyvəndlər sayəsində əhalinin risk qruplarını qorumağa çağırıb.
Onun sözlərinə görə, bu il qrip əleyhinə peyvəndlər xüsusilə vacib əhəmiyyət daşıyacaq, çünki qripə yoluxanların mümkün qədər az olması xəstəxana və səhiyyə sisteminin yüklənməsinin qarşısını ala və səhiyyə işçilərinin koronavirus pasiyentlərini diqqətdə saxlamalarına kömək edə bilər.
H.Kluqe, həmçinin qeyd edib ki, hazırda pandemiyanın episentri Avropadan Amerika və digər regionlara keçsə də, bu, Avropa ölkələrində arxayınlıq yaratmamalıdır. Koronavirusa qarşı mübarizə tam gücü ilə davam etdirilməli və eyni zamanda paralel olaraq qarşıdakı qrip mövsümü də nəzərdən qaçırılmamalıdır.
Avqustun ilk həftəsində Avropada iyunun ilk həftəsi ilə müqayisədə 40 min yoluxmanın qeydə alınması narahatlıq doğursa da, büro rəhbəri səhiyyə qurumlarının hazırda vəziyyəti və yoluxma trendlərini daha yaxşı nəzarətdə saxlaya bildiklərini də qeyd edib.
O bildirib ki, indiki vəziyyəti fevral ayı ilə müqayisə etmək olmaz, indi artıq virusa qarşı mübarizənin necə təşkil olunmasına dair təcrübə toplanılıb və yoluxma klasterlərinin aradan qaldırılması daha yaxşı həyata keçirilir.
23:25 / 16 Noyabr 2026
17
23:07 / 16 Noyabr 2026
57
22:57 / 16 Noyabr 2026
60
22:47 / 16 Noyabr 2026
67
22:30 / 16 Noyabr 2026
71
22:25 / 16 Noyabr 2026
106
22:21 / 16 Noyabr 2026
105
22:10 / 16 Noyabr 2026
110
21:59 / 16 Noyabr 2026
91
21:52 / 16 Noyabr 2026
127
21:46 / 16 Noyabr 2026
95
21:35 / 16 Noyabr 2026
120
21:30 / 16 Noyabr 2026
1579
21:24 / 16 Noyabr 2026
102
21:16 / 16 Noyabr 2026
114
21:01 / 16 Noyabr 2026
142
20:56 / 16 Noyabr 2026
110
20:54 / 16 Noyabr 2026
123
20:52 / 16 Noyabr 2026
157
20:46 / 16 Noyabr 2026
118
20:44 / 16 Noyabr 2026
694
20:34 / 16 Noyabr 2026
125
20:30 / 16 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.