Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3783
az

Qarpızı ilıq yemək faydalıdır! Səbəbini oxuyun

00:1919 İyul, 2018
995
CƏMİYYƏT
  • A
Yayın sevimli deserti olan qarpız adətən soyuq yeyilir. Lakin mütəxəssislər bunu düzgün hesab etmir.

OXU24.COM saglamolun.az-a istinadən bildirir ki, diyetoloqlar kəsilməmiş qarpızı ev temperaturunda saxlamağı və yeməyi tövsiyə edir. Məsələ burasındadır ki, ev temperaturunda qarpızda yetişmə prosesləri sürətlənir və bunun nəticəsində faydalı maddələrin miqdarı artır. Bu xüsusilə karotinoidlər  və likopinə aidir.

Karotinoidlər orqanizmdə ən güclü antioksidant olan A vitamininə çevrilir. Bu vitamini orqanizmi sərbəst radikalların təsirindən qoruyur, bizi cavan saxlayır, gözəl dəri və yaxşı görmə üçün çox vacibdir.

Likopin damarlar və kapilyarları elastik və möhkəm edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır və bununla da ürək-damar sistemi xəstəliklərindən qoruyur. Bundan əlavə likopin kişilərdə prostat vəzi xərçənginin riskini azaldır.  

Qarpızı yeməkdən dərhal sonra yemək olmaz. Bu həzm proseslərini pozur - köpə və qarın ağrılarına səbəb olur. Qarpızı yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra yeyin.

Kəsilmiş qarpızı yalnız soyuducuda saxlayın və 24 saat ərzində yeyin. Bundan çox saxlamaq olmaz ki, belə qarpız ciddi zəhərlənməyə səbəb ola bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb