Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlik çimərliyə üz tutanlara xəbərdarılq etdi

2018-07/1531570931_5954a8bfd59fb_2cimerlikdhdhdhdhdhdhdk6.jpg

CƏMİYYƏT

899

14.07.2018, 16:22

\"\" Ekologiya və Təbii Sərvətlər Nazirliyi bazar günü çimərliyə getmək istəyənlərə xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Bizimyol.info -ya verilən məlumata görə, iyul ayının 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və külək arabir güclənəcək. Abşeron çimərliklərində suyun temperaturuna gəlincə, iyulun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar.