Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi keçirilib
17 May 2026, 14:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
796
25.07.2020, 19:13
Azərbaycan xalqının öz dövlətçilik ənənələri, ordusu, hərbi sərkərdələri ilə dünya tarixində xüsusi yeri və rolu olub. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün beynəlxalq danışıqlarda, xarici və yerli KİV-lərə müsahibələrində, beynəlxalq və regional təşkilatlarda çıxışlarında qətiyyətlə bəyan edir ki, Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcək. Ermənistan bütün işğal olunmuş ərazilərimizi tərk etməyincə bizim onlarla heç bir əməkdaşlığımız mümkün deyil. Ermənistan bütün beynəlxalq hüquq prinsiplərini, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə, qərar və bəyanatları kobud şəkildə pozur, işğalçılıq və təxribat fəaliyyətini davam etdirir.
İşğal olunmuş ərazilərimizdə qədim mədəni, dini abidələrimizi, məzarlıqlarımızı dağıdır, ekologiyamızı, flora və faunamızı məhv edir, su təhlükəsizliyi problemi yaradır, tarixi yer adlarımızı dəyişdirir, ərazilərimzidə qeyri-qanuni məskunkaşdırma siyasəti həyata keçirir. Təcavüzkar Ermənistan dövləti 1988-ci ildən başlayaraq təxribat və işğalçılıq əməllərini işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda davam etdirir. Bu il iyulun 12-dən başlayaraq isə mənfur qonşularımız Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ancaq fəxrlə deyə bilərik ki, ermənilərin bu təxribatının da qarşısı silahlı qüvvələrimiz tərəfindən qətiyyətlə alındı. Təcavüzkar Ermənistan dövlətinə və təxribatçı ordusuna qarşı tədbirlər görüldü, onun canlı qüvvəsi və texnikası ordumuz tərəfindən məhv edildi. Qəhrəman hərbçilərimiz, həmçinin bölgədə yaşayan mülki əhali arasında da şəhidlərimiz oldu. Əminik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.
KONKRET.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı söyləyib. O deyib: “Şanlı ordumuzun rəşadəti və xalqımızın orduya, dövlətə dəstəyi və milli birliyi düşmən tərəfdə, eləcə də onları dəstəkləyən regional güclərdə təşviş yaradır. Son günlərdə bütün şəhər və rayonlarımızda, xaricdə ordumuza dəstək məqsədilə keçirilən yürüşlərdə minlərlə insanın, xüsusilə də Azərbaycan gəncliyinin yaratdığı coşqu, xalqımızın ordu və Ali Baş Komandanla birliyi, cəmiyyətimizdə hökm sürən yüksək vətənpərvərlik ruhu düşmən üçün ən böyük göz dağı oldu. Qardaş Türkiyənin, Pakistanın, Şimali Kipr Türk Respublikasının, Ukraynanın və digər dövlətlərin də Azərbaycanı dəstəkləməsi tarixi Azərbaycan torpaqlarında 1918-ci ildə yaradılan Ermənistana və onu müdafiə edənlərə bir haqq mesajı oldu. Bu gün biz, gənc alimlər də əlimizdə qələm, silahla dövlətimizə, ordumuza dəstək olmalı, Prezidentimizin ətrafında sıx birləşməliyik. Bu məqsədlə sosial şəbəkələrdə, dünya KİV-lərində, xarici mətbuatda müxtəlif dillərdə Azərbaycanın haqq səsini dünyaya çatdırmalı, susmamalıyıq. Döyüşlərdə qəhrəmancasına həlak olan hərbçilərimizə və şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik. Vətən sağ olsun!”.
15:14 / 17 May 2026
49
15:00 / 17 May 2026
46
14:45 / 17 May 2026
56
14:41 / 17 May 2026
57
14:40 / 17 May 2026
60
14:24 / 17 May 2026
61
14:20 / 17 May 2026
64
14:20 / 17 May 2026
54
14:15 / 17 May 2026
67
14:02 / 17 May 2026
402
14:00 / 17 May 2026
58
13:55 / 17 May 2026
61
13:54 / 17 May 2026
122
13:52 / 17 May 2026
74
13:47 / 17 May 2026
59
13:39 / 17 May 2026
74
13:34 / 17 May 2026
73
13:31 / 17 May 2026
62
13:30 / 17 May 2026
60
13:26 / 17 May 2026
61
13:18 / 17 May 2026
295
13:12 / 17 May 2026
72
13:10 / 17 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.