Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3634
az

Rəis müavini: Bulvarda ilanın olması bizə siqnaldır

12:5613 İyul, 2018
869
CƏMİYYƏT
  • A
 Dənizkənarı Bulvarda ilanın olması bizə xəbərdarlıqdır.

Bunu Oxu24.com-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, artıq idarə tərəfindən Elmira Ələkbərzadənin paylaşdığı video müzakirə edilib:

“Sənətçinin səmimiyyətinə inanırıq. Bulvar ərazisində təmizliklə məşğul olan əməkdaşlar bu günə kimi ilanın şahidi olmayıblar. Bilirsiniz ki, havalar isti keçir. Azərbaycanın hər yerində ilanlar var və bulvara da gəlib çıxa bilər. Bu bizim idarə üçün bir siqnal, xəbərdarlıqdır”.

Nazim Məcidov qeyd edib ki, məsələ barədə lazimi tədbirlər görüləcək:

“İşçilərimizə xüsusi xəbərdarlıq etmişik ki, bütün ərazini yoxlasınlar, adiyyatı qurumlara məlumat verilsin”.

Qeyd edək ki müğənni Emma (Elmira) Ələkbərzadə bulvarın Yeni Bayıl ərazisində ilanla qarşılaşıb və onu görüntüləyərək sosial şəbəkədə yayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir
Bu 3 ədviyyat qanda şəkər və xolesterin miqdarını azaldır
Baydenin baş müşaviri Ağ Evi TƏRK EDİR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib