Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
16 May 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
819
24.07.2020, 12:20
Həzrət Peyğəmbər (s) buyurur: "Əməlin seyyidi və sərvəri - başqaların haqqını özündən istəmək, Allaha xatir din qardaşına əl tutmaq, Allahı hər bir halda yada salmaqdır".
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, müsəlman, ancaq kəlmeyi-şəhadətləri deyərək müsəlman olmaz. Müsəlman elə olmalıdır ki, nə zaman İlahi məsələ irəli gəlsə - ona əməl etsin və nə zaman Allahın qadağası ilə üzləşdi - onu tərk etsin.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim malını yoxsula verərək yoxsulla həmdərdlik edərsə və özündən insaf göstərərsə - o, həqiqi mömindir".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim özü tərəfindən insanlara haqq verər - başqaları üçün qazi olması məqbuldur".
İnsaf - iman əhlinin ən fəzilətli sifətlərindəndir. İnsaf odur ki, o şeyi ki, özün üçün istəyirsən və bəyənirsən - başqaları üçün də onu bəyənəsən. İnsanların haqqını əda edəsən.
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyəsində buyurur: "Üç şey əməlin sərvəridir: insaf, bərabərlik, Allahı zikr etmək".
Əgər insanda bu üç sifət olarsa, imanı artar və güclənər. İnsanlar da iman əhlindən məhz bu üç əməli gözləyirlər. İstəyirlər ki, insaflı olsun, hamı ilə malı ilə bağlı bərabər hüquqla rəftar etsin, Allahı zikr edən olsun və Allahdan çəkinən olsun. Allahın bəyəndiyi sözlər danışsın.
İmam Sadiq (ə) buyurur ki, üç sifət bəndələr üçün ən çətin sifətlərdir:
Birincisi - insanlarla özün arasında insafa riayət etməkdir.
İkincisi - malında din qardaşlarına qarşı bərabər olmaqdır.
Üçüncüsü isə hər bir halda Allahı yada salmaqdır. (Həvzəh)
Bəli, insaf - o dəyərli sifətlərdəndir ki, yerinə yetirməsi çətin, ancaq çox dəyərlidir. İnsan olmağın və imanlı olmağın nişanəsidir. Hər kim insafa riayət edərsə, imanını gücləndirər və Allaha yaxınlaşar.
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.