Bayrama görə bütün sosial ödənişlər bu tarixədək VERİLƏCƏK - RƏSMİ
17 May 2026, 10:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
775
24.07.2020, 20:55
Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, iyulun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 25-də Abşeron yarımadasında bəzi saatlarda durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
10:26 / 17 May 2026
6
10:23 / 17 May 2026
15
10:20 / 17 May 2026
18
10:18 / 17 May 2026
26
10:16 / 17 May 2026
31
10:13 / 17 May 2026
87
10:12 / 17 May 2026
25
10:10 / 17 May 2026
24
10:07 / 17 May 2026
27
08:30 / 17 May 2026
57
23:59 / 16 May 2026
109
23:52 / 16 May 2026
167
23:48 / 16 May 2026
175
23:31 / 16 May 2026
244
23:28 / 16 May 2026
460
23:24 / 16 May 2026
230
23:17 / 16 May 2026
278
23:16 / 16 May 2026
133
23:01 / 16 May 2026
467
22:55 / 16 May 2026
102
22:48 / 16 May 2026
328
22:45 / 16 May 2026
206
22:35 / 16 May 2026
596
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.