Azərbaycan Xəzərdə külək enerjisi potensialının tədqiqinə başlayıb
17 May 2026, 08:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
483
24.07.2020, 19:24
Azərbaycanda indiyədək keçirilən buraxılış (qəbul) imtahanlarında cəmi bir şagird maksimal - 300 bal toplayıb.
Dövlət İmtahan Mərkəzindən "Ölkə.Az"a verilən məlumata görə, həmin şagird Xırdalan şəhər 1 saylı orta məktəbin 11-ci sinif məzunu Huseyn Abdullayevdir.
H.Abdullayev Trend-ə açıqlamasında bildirib ki, imtahanda 285 baldan yüksək nəticə göstərməyi qarşısına məqsəd qoysa da, 300 bal toplayacağını gözləməyib:
Hazırkı pandemiya şəraitində imtahanlara hazırlığın asan olmadığını deyən H.Abdullayev qeyd edib ki, karantin günlərində də imtahanlara əvvəllər olduğu kimi hazırlaşıb və heç bir planını pozmayıb:
"Pandemiya olduğu üçün imtahana hazırlıq çətin idi. Ancaq hər gün dərs cədvəlləri əsasında onlayn dərslər keçirdik. Mən valideynlərimə və müəllimlərimə də təşəkkür edirəm ki, onlar mənə pisixoloji dəstək göstərdilər".
I ixtisas qrupu üzrə ali məktəbə sənəd verdiyini açıqlayan H.Abdullayev hələlik qəbul olmaq istədiyi ixtisası konkret olaraq, seçmədiyini, amma Bakı Ali Neft Məktəbində təhsil almaq istədiyini söyləyib.
Qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək üçün hazırlıqlarını davam etdirən H.Abdullayev bu imtahanları da verdikdən sonra ümumilikdə toplum olaraq, ən maksimal nəticə olan 700 balı toplayacağına ümid edir.
08:30 / 17 May 2026
13
23:59 / 16 May 2026
98
23:52 / 16 May 2026
141
23:48 / 16 May 2026
151
23:31 / 16 May 2026
210
23:28 / 16 May 2026
355
23:24 / 16 May 2026
182
23:17 / 16 May 2026
231
23:16 / 16 May 2026
117
23:01 / 16 May 2026
409
22:55 / 16 May 2026
95
22:48 / 16 May 2026
291
22:45 / 16 May 2026
199
22:35 / 16 May 2026
526
22:27 / 16 May 2026
843
22:26 / 16 May 2026
160
22:07 / 16 May 2026
141
21:48 / 16 May 2026
113
21:32 / 16 May 2026
140
21:10 / 16 May 2026
269
20:41 / 16 May 2026
232
20:13 / 16 May 2026
286
20:01 / 16 May 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.