Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
16 May 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
614
23.07.2020, 21:36
Siqaret çəkmək ağciyərin sağlamlığına ziyan vuran ən ciddi amildir. Siqaret tüstüsü nəfəsalma sisteminin selikli qişasını zədələyir, kiçik bronxlar tutulur, ağciyərdə selik yığılır, nəfəsalma çətinləşir, xroniki öskürək, təngənəfəslik əmələ gəlir.
Statistika göstərir ki, 5 ildən çox siqaret çəkən insanların 80%-də xroniki bronxit inkişaf edir. Həmçinin bu pis vərdiş ağciyər xərçənginin əsas səbəbidir.
Oxu24.com xarici KİV-lərə istinadla xəbər verir ki, koronavirus epidemiyası zamanı dünyada siqaretdən imtina edən insanların sayı xeyli artıb. Bunun səbəbi banal qorxudur. Müşahidələr göstərir ki, siqaret çəkən insanlar koronavirus infeksiyasını daha ağır keçirir və bu infeksiyadan daha tez-tez ölürlər.
Siqaretdən imtina edən insan bilməlidir ki, zədələnmiş ağciyəri normal vəziyyətə qaytarmaq üçün çox vaxt tələb olunur. Bu prosesi müəyyən dərəcədə sürətləndirmək olar. Bunun üçün mütəxəssislərin bəzi tövsiyələrinə əməl etmək lazımdır:
1. Nəfəsalma gimnastikası. Bu üsul ağciyərin fəaliyyətini stimullaşdırır və orqan ziyanlı maddələr və selikdən daha tez təmizlənir.
2. Açıq havada gəzintilər. Xüsusilə iynəyarpaqlı ağaclar (şam, küknar, ağ şam və s.) olan yerlərdə gəzmək faydalıdır. Bu ağaclar nəfəsalma sisteminə çox müsbət təsir edən fitonsidlər ifraz edir.
3. Hamam və sauna. Ağciyəri təmizləyən ən yaxşı vasitələrdən biridir.
4. İnhalyasiyalar. Bu məqsədlə ağ şam və sidr ağaclarının iynəyarpağı, evkalipt, nanə, cökə bitkilərindən dəmləmələr istifadə olunur.
5. Üzgüçülük, fitnes, orta tempdə qaçış.
6. Qida. Bəzi qida məhsulları ağciyərin təmizlənməsi proseslərini sürətləndirir, ağciyərdə iltihabı azaldır. Bu məhsullar arasında:
- Kalsiumla zəngin olan qida məhsulları – ilk növbədə süd məhsulları (kəsmik, qatıq, kefir, xama), şokolad, kakao, göyərti.
- Kələmin bütün növləri (ağ, qırmızı, gül kələmi, brokkoli və s.). Kələmin tərkibində olan faydalı maddələr və xüsusilə nadir sulforafan maddəsi ağciyəri təmizləyir, ağciyərdə fibrozun qarşısını alır.
- Limon, itburnu, moruq, qara qarağat. Bu məhsullar nəfəs yollarına müsbət təsir edən C vitamini ilə zəngindir.
- Kərə yağı, qaraciyər, yumurta. Bu məhsulla A vitamini ilə zəngindir. A vitamini ağciyərin sağlamlığında olduqca böyük rol oynayır.
- Zəncəfil və sarıkök. Bu ədviyyatlar ağciyərdə iltihabları azaldır, nəfəsalmanı yaxşılaşdırır. Zəncəfili çay kimi dəmləyib içə bilərsiniz. Sarıkökü 1/3 ç.q olmaqla suya qarışdırıb içmək olar.
7. Su. Bu ən yaxşı detoks vasitəsidir. Suyun qəbulunu artırın. Gün ərzində ən azı 1-1,5 l su için.
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.