Bəzi ərazilərdə işıq olmayacaq
16 May 2026, 20:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
577
21.07.2020, 20:20
Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncam Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların sosial müdafiəsinə xüsusi qayğısının növbəti təzahürüdür.
Bu barədə Oxu24.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Sərəncamda qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb.
Bu da cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara ümumilikdə 400 avtomobilin təqdim olunmasına imkan verəcək.
Pandemiyanın məhdudiyyətlərinə baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən bu il heç bir sosial proqram təxirə salınmadı, əksinə, bu proqramlarlar uğurla davam etdirilməklə əhəmiyyətli dərəcədə genişləndirilir.
Belə proqramlardan biri də ölkəmizin ərazi bütövlüyünün müdafiəsi və 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin, Çernobıl əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təmin olunmasıdır. 2018-ci ildə həmin şəxslərə 265 avtomobil verilibsə, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib.
Bu il daha 400 avtomobil veriləcək. Artıq 150 avtomobil öz sahiblərinə təqdim edilib. Ümumilikdə indiyədək müharibə əlilləri və onlara bərabər tutulanlara 6900 minik avtomobili verilib.
20:13 / 16 May 2026
16
20:01 / 16 May 2026
29
19:53 / 16 May 2026
51
19:27 / 16 May 2026
60
19:00 / 16 May 2026
72
18:49 / 16 May 2026
69
18:35 / 16 May 2026
78
18:22 / 16 May 2026
197
18:07 / 16 May 2026
72
17:56 / 16 May 2026
195
15:34 / 16 May 2026
81
15:15 / 16 May 2026
358
15:13 / 16 May 2026
99
14:31 / 16 May 2026
82
14:25 / 16 May 2026
85
14:15 / 16 May 2026
89
13:55 / 16 May 2026
104
13:33 / 16 May 2026
94
13:29 / 16 May 2026
348
13:25 / 16 May 2026
91
13:15 / 16 May 2026
91
12:55 / 16 May 2026
100
12:54 / 16 May 2026
444
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.