AZAL-dan SON DƏQİQƏ açıqlaması - Naxçıvana uçan təyyarə...
16 May 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
952
21.07.2020, 13:30
Sosial platforma saytı olan Reddit-də "Playtonic1" adlı istifadəçi başına gələn ilginc bir hadisəni danışıb.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, hekayəsində başına gələnləri əvvəldən axıra kimi qeyd edib:
"Pişiyimizin şeytani bir zəkası var. Həqiqətən, o balaca şeytan bir yaşlı körpəmizdən də dəcəldi. Evdə hər yerə gedib girir. Axtardığı hər şeyin yerini bilir. Onu saxlamağa başladığımız ilk həftələr çox pis idi.
Çünki səhər yuxudan oyananda hamamda bütün siyirmələrin, qapıların açıq olduğunu görürdüm. İlk səhvim qulaq çöplərini qoyduğumuz və içinə girməyi ən çox sevdiyi şkafa prezervativləri qoymağım oldu.
Bir neçə dəqiqə sonra ora baxanda hər şeyin dağınıq, çeynənilmiş vəziyyətdə olduğunu gördüm. O an ağlıma hər hansı bir şey gəlmədi və dağıdılmış əşyaları yerinə yığdım, prezervativləri də yerinə qoydum.
O gecə həyat yoldaşımla birlikdə olduq, qaranlıqda hamama doğru getdiyimi, həmin siyirməni açıb prezervativi götürdüyümü xatırlayıram. Bir neçə həftə sonra həyat yoldaşımın ürəkbulanması başladı, eyni ilə ilk hamiləliyindəki kimi. Bir il öncə aldığımız və yarısı istifadə edilməmiş hamiləlik testləri qalırdı, onlardan birini istifadə etməyə qərar verdi və test hamilə olduğunu göstərdi.
Sonra həmin şkafdakı prezervativlərə baxdığımda deşildiyini, diş izlərini gördüm. Həmin gecə istifadə etdiyim prezervativdə pişiyin deşik açdığını anladım".
18:22 / 16 May 2026
100
18:07 / 16 May 2026
28
17:56 / 16 May 2026
129
15:34 / 16 May 2026
72
15:15 / 16 May 2026
293
15:13 / 16 May 2026
86
14:31 / 16 May 2026
73
14:25 / 16 May 2026
76
14:15 / 16 May 2026
79
13:55 / 16 May 2026
94
13:33 / 16 May 2026
84
13:29 / 16 May 2026
298
13:25 / 16 May 2026
80
13:15 / 16 May 2026
80
12:55 / 16 May 2026
92
12:54 / 16 May 2026
372
12:39 / 16 May 2026
2322
12:36 / 16 May 2026
95
12:29 / 16 May 2026
92
12:27 / 16 May 2026
91
12:15 / 16 May 2026
94
12:11 / 16 May 2026
263
12:00 / 16 May 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.